Ağcabədi sakini şikayətçidir: Başqasının cəriməsi ona yazılıb - VİDEO

Ağcabədi sakini Emin Quliyev başqa avtomobilin cəriməsinin ona yazıldığını iddia edir.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, son vaxtlar Bakıya yolu düşməyən Ağcabədi sakini paytaxtda cərimə edildiyini biləndə xeyli təəccüblənib.
Emin Quliyev ona yol polisi tərəfindən 40 manat məbləğində cərimə yazıldığını bildirir.
Emin Quliyev deyir ki, ona aid olmayan və ümumiyyətlə, heç bir əlaqəsinin olmadığı nəqliyyat vasitəsinin cəriməsi onun idarə etdiyi avtomobilə yazılıb.
O, cərimədən bir neçə gün əvvəl elektron hökumət portalındakı şəxsi kabinetinə daxil olarkən xəbər tutub. Avtomobilə cərimə Bakının Sabunçu rayonu ərazisində yol nişanının tələbələrinə riayət edilmədiyinə görə yazılıb.
Məsələ ilə bağlı Ağcabədi rayon polis şöbəsinin dövlət yol polisi bölməsindən bildirilib ki, bununla bağlı bölməyə heç bir müraciət daxil olmayıb. Vətəndaş yaranmış problemlə bağlı müraciət etdiyi halda iddia araşdırılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












