Araz Əsgərlidən tənqid: “Başını aşağı sal, polis əmilər səni görməsin” - VİDEO

Bəzi sürücülər azyaşlı uşaqları ön oturacaqda əyləşdirirlər. Bu həm qayda pozuntusudur, həm də təhlükəlidir. Belə ki, hər hansı qəza vəziyyətində bir başa uşaqlara zərər gələ bilər.
Avtosfer.az xəbər verir ki, Avto FM radiostansiyasının efirində yayımlanan "Qaydaları pozma" verilişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli belə sürücüləri tənqid edib.
O bildirib ki, sürücülərdən bəziləri polis əməkdaşlarını gördükdə uşağa “başını aşağı sal polis əmilər səni görməsin” deyirlər. Guya bəzi “ağıllılar” polisi aldatmaq istəyirlər. Lakin belə hallara yol verən sürücülər nəzərə almalıdır ki, qəza olanda ilk növbədə uşağa təhlükə yaranır. Məsələn o, ön şüşədən çölə çıxa bilər və bu kimi hallar çox baş verib. Uşaq ön oturacaqda təbii ki, otura bilər, amma bunun üçün xüsusi oturacaq lazımdır. Bəziləri azyaşlını oturacağa əyləşdirib, “qaydaya” uyğun kəməri də taxırlar. Kəmər isə uşağın boğazında dayanır. Hər hansı vəziyyətdə ani tormuzlanma olarsa bunun uşaq üçün necə təhklükə olduğu aydın məsələdir”.
Araz Əsgərli qanunda uşaqlara öndə oturmağa icazənin niyə 12 yaşdan sonra verildiyinə də aydınlıq gətirərək bildirib ki, bu fizioloji göstəricilərə görə seçilib, çünki bu zaman onlar kəmər taxsalar qorunacaqlar.
Məhəbbət Tərlanoğlu
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












