Astarada avtoxuliqanlıq edən sürücü həbs edilib - FOTO

Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib.
Avtosfer.az-ın verdiyi məlumata görə, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü, Astara rayon sakini Kamran Bayramov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü K.Bayramov sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Astarada yol polisi əməkdaşlarının 3 ay ərzində intizamsız sürücülərə qarşı keçirdikləri proflaktik tədbirlər zamanı 4171 protokol tərtib edilib. O cümlədən, avtomobili sərxoş vəziyyətdə idarə edən 50 sürücü barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













