Astarada sürücü və sərnişinlər arasında profilaktiki tədbirlər davam etdirilir

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyanının yayılmasının qarşısının alınması məqsədilə ictimai və fərdi nəqliyyat vasitələrində tibbi maskalardan istifadə etməyən şəxslərlə bağlı profilaktik tədbirlər keçirir
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Astara rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin və fərdi minik avtomobillərinin sürücüləri, həmçinin sərnişinlərlə profilaktik söhbətlər aparılıb və gigiyenik vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb. Sürücülərə bir daha xəbərdarlıq edilib ki, nəqliyyat vasitəsinə müəyyən edilmiş normalardan artıq sərnişin götürmək infeksiyanın yayılması və daha çox insanın yoluxması riskini artırır. Eyni zamanda istər ictimai nəqliyyatda, istərsə də taksi xidmətində sürücü və sərnişinlərin tibbi masklaradan düzgün formada, yəni tənəffüs yollarını örtəcək şəkildə istifadəsinə əməl olunmalıdır.
Gültən
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












