Avtomobilin nömrəsini gizlətmək üçün qurğular satılır: Cəriməsi var - VİDEO

Sosial şəbəkələrdə və elan saytlarında avtomobilin dövlət qeydiyyat nişanını gizlətmək üçün müxtəlif qurğular satılır. Qayda pozan bəzi sürücülər də cərimədən yayınmaq üçün həmin xüsusi avadanlıqlar vasitəsilə avtomobillərinin nömrələrini gizlədirlər.
Sürücülər qurğunu pult vasitəsilə idarə edərək bu yolla istədikləri an nömrəni gizləyə bilirlər. Sözügedən qurğuların qiyməti isə 200 manatdan başlayır.
Mövzuya münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Toğrul Nəsirli bildirib ki, həmin qurğulardan istifadə edən sürücülər inzibati məsuliyyətə cəlb olunurlar.
Toğrul Nəsirli qeyd edib ki, ümumiyyətlə, avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə halları tez-tez olur. Sürücülər bu üsulla qayda pozmağın məsuliyyətindən yayınmağa çalışsalar da, aşkarlandıqda daha çox ziyana düşürlər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitərinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə 4 cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Daha ətraflı videomaterialda.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












