Axtarışda olan iki polisin yol qəzasında öldüyü məlum olub - FOTO

Dağıstanda iki polis əməkdaşı yol qəzasında dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, asayiş keşikçilərinin avtomobili uçuruma düşüb. “360” telekanalının məlumatına görə, polislərin itkin düşməsi, onların həyat yoldaşlarından birinin ərinin itməsi ilə bağlı müraciətindən sonra məlum olub. Qadının sözlərinə görə, iki polis serjantı oktyabrın 5-də saat 3:00-da Kaspiysk şəhərindən evə doğru yola çıxıblar. Lakin İzberbaş şəhərində onlarla əlaqə kəsilib. Müraciətdən sonra polis itkin düşmüş iki nəfərin axtarışlarına başlayıb.
Keçirilmiş axtarış tədbirləri nəticəsində oktyabrın 7-də səhər Mahaçqala - Dərbənd trasında uçuruma düşmüş “LADA Priora” markalı maşın tapılıb. Avtomobilin içərisinə baxış zamanı, müraciət əsasında axtarılan 25 yaşlı Yol Patrul Xidmətinin inspektoru Abdulla Abdurazakov və 31 yaşlı Post Patrul Xidmətinin əməkdaşı Qurban Rabadanovun meyitləri aşkar olunub.
Hazırda araşdırmalar aparılır. Ekspertizanın rəyindən sonra hadisənin dəqiq səbəbləri açıqlanacaq.
Namiq Musayev


Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












