Azərbaycanda yol polisləri 1 yaşlı uşağı ölümdən xilas etdi - FOTO - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları Nəvai postu ərazisində körpənin həyatını xilas edib. Avtosfer.az xəbər verir ki, hadisə avqust ayının 18-də baş verib. Belə ki, Hacıqabul rayonunun Qubalı Baloğlan kənd sakini Məhmət Ağayev avtomobili ilə Nəvai postu ərazisindən keçərək 1 aylıq övladı qıcolma keçirib. Bu zaman sürücü avtomobili postun ərazisinə sürüb. YPX əməkdaşları – serjantlar Hüseyn Hüseynov, Asim Vəliyev, Asif Əliyev və Anar Əsədov təcili olaraq körpəyə ilkin tibbi yardım göstəriblər. Ardınca patrul avtomobili ilə körpə Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Bu gün isə körpənin valideynləri postun ərazisinə gələrək özləri ilə gətirdikləri qurbanlıq qoçu kəsmək istəyiblər. Qoç kəsildikdən sonra yol polisi əməkdaşları onun ətinin imkansız ailələrə paylanmasını istəyib. Bu maraqlı anlar vətəndaşlardan biri tərəfindən çəkilib. Görüntüləri təqdim edirik:
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















