“Azərmaş” əsgərin iddiasına cavab verdi – Maşını yol polisi aparıb

Son günlərdə bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə “Azərmaş” şirkətinin adının hallandırıldığı məsələ ilə bağlı bildiririk ki, “Azərmaş” şirkəti ilə Məmmədov Anar Qurban oğlu arasında bağlanmış “Daxili lizinq” Müqaviləsinə əsasən “KHAZAR SD” markalı, 99-PF-436 dövlət qeydiyyat nişanlı avtomobil Anar Məmmədovun müvəqqəti sahiblik və istifadəsinə verilib.
“Azərmaş” şirkətindən Unikal.org-a daxil olan açıqlama bildirilir ki, ölkəmizdə tətbiq edilən hərbi vəziyyətdən əvvəlki dövrdə A.Məmmədov öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və yalnız bundan sonra gecikdirilmiş öhdəliklər icra edilib.
Məmmədov Anar Qurban oğlunun hərbi xidmətdə olduğu zaman onun həyətindən “Azərmaş” şirkəti tərəfindən avtomobilin aparılması ilə bağlı isə bildiririk ki, 09 noyabr 2020-ci il tarixdə Anar Qurban oğlu Məmmədov lizinq obyekti olan avtomobili idarə edən zaman BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, onun barəsində 3623149 saylı İXP tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilmiş və avtomobilin BDYPİ-nin duracağına yerləşdirilməsi təmin edilmişdir.
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə məsələnin mahiyyəti araşdırılmadan “Azərmaş” şirkətinə qarşı tənqidi fikirlərin yaranması və yayılması bizi təəssüfləndirir. Əgər “Azərmaş” şirkəti tərəfindən Məmmədov Anar Qurban oğlunun ictimailəşdirdiyi bu məsələ ilə bağlı hər hansı qanun pozuntusuna yol verilibsə, bu pozuntuya görə qanuna müvafiq olaraq cavab verməyə hazırıq.
Yol polisi güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR










