Bakı yağışlı havada bu hala düşdü, yol polisi belə işlədi – VİDEO

Yol polisi 9 Avqust 2019 14:07 Oxunub 1906
Bakı yağışlı havada bu hala düşdü, yol polisi belə işlədi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
YPX çətin şəraitə baxmayaraq bütün təhlükəsizlik tədbirlərini həyata keçirib

Bu gün səhər saatlarında Bakıda yağan güclü yağış yollarda bir sıra fəsadlar törədib. Avtosfer.az xəbər verir ki, güclü yağış bəzi yollarda avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib, bir neçə yol qəzası baş verib. Kanalizasiya lyuklarının dolub daşması nəticəsində qapaqlar açıq qalıb və avtomobillərin lyuka düşmək təhlükəsi yaranıb. Bunu nəzərə alaraq Bakı şəhər DYP İdarəsinin rəhbərliyi kameralarla aşkar olunan belə yerlərə YPX naryadları təhkim edib, daha sonra isə əraziyə “Azərsu” ASC-nin əməkdaşları dəvət olunub.
Bir neçə nəqliyyat vasitəsi texniki nasazlıqdan ucbatından yolda məcburi dayanıb və sıxlığa səbəb olub. YPX əməkdaşları həmin avtomobilləri yollardan kənarlaşdırıb. Çətin şəraitə baxmayaraq yol polisləri yağışın təsirindən işləməyən svetoforların yanında dayanaraq hərəkəti nizamlamaqla sıxlığın və qəzaların qarşısını alıblar.
Yağışlı havada yol şəraitini düzgün qiymətləndirməyən sürücülər tərəfindən bir neçə yol qəzası törədilib. Həmin qəzaların hamısı sürətli yollarda baş verib. Qəzadan sonra avtomobilləri yolun hərəkət hissəsindən YPX əməkdaşları çıxarıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirdi ki, hava şəraitini nəzərə alaraq yol polisi dərhal gücləndirilmiş iş rejiminə keçib, enişli-yoxuşlu, eləcə də sərt döngəli yollar nəzarətə görürülüb. Həmçinin, gölməçələrin olduğu ərazilərdə YPX əməkdaşları xidmətə aparıb.

V.Əsədov bildirib ki, sürücülər yol və meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər: "Bəzən sürücülər hava şəraiti nəzərə almadan avtomobillərini həmişəki qaydada idarə edirlər. Düşünürlər ki, hər-hansı yol-nəqliyyat hadisəsi baş versə, məsuliyyətə cəlb olunmayacaqlar. Lakin “Yol hərəkəti haqqında” qanunda yol və meteoroloji şəraiti nəzərə almamaqla törədilən qəzalarda sürücülər məsuliyyətə cəlb oluna bilər".
V.Əsədov deyir ki, belə hava şəraitlərində məsuliyyətə cəlb olunmamaq üçün sürücülər avtomobillərini idarə edərkən asfaltın vəziyyətini nəzərə almalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqət yolda olmalıdır. Bundan başqa, sürücü avtomobilin bütün texniki xarakteristikasını gözünün önündə canlandırıb nəqliyyat vasitəsini ona görə idarə etməlidir: "Əgər, sürücülərimiz bu qaydalara riayət etsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar".
V.Əsədov paytaxt ərazisində müahidə olunan yağışlı hava şəraiti nəticəsində bir-neçə yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirib: "Qəzaların görüntülərinə nəzər saldıqda məlum olur ki, sürücülər yol və hava şəraitini düzgün qiymətləndirmir, adi günlərdəki kimi davranırlar. Qəfil tormozlanma, sərt manevrlər, ara məsafəsini düzgün saxlamamaq qəzalara səbəb olur".
DYP-dən bildiriblər ki, yağışlı havalarda bəzi svetoforlar işləmədikdə sürücülər qaydaları pozmamalıdır. Qaydalara görə, svetofor işləmədikdə sürücü nişanları üstün tutmalı, nişan olmadıqda isə sağdan gələn nəqliyyat vasitələrini buraxandan sonra hərəkəti davam etdirməlidir.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh