Bakı yollarından birində yaranan təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

"Paytaxtın Hövsan-Suraxanı yolunun Dәdә Qorqud qәsəbəsindən keçən hissəsində baş verən hadisə nəticəsində xəsarət alan olmayıb".
Avtosfer.az xəbər verir ki, sorğuya cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən verilib.
"22.05.2024-cü il tarixində saat 07:55-də Sabunçu rayonunda Pirşağı stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə nəticəsində xəsarət alan olmayıb", - deyə məlumatda qeyd olunub.
(oxu.az)
***
11:35
Paytaxtın Hövsan-Suraxanı yolunun Dәdә Qorqud qәsəbəsindən keçən hissəsində yola qır dağılıb. Bu səbəbdən də hərəkətdə olan avtomobil sürüşərək yol kənarına aşıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Sorğuya cavab olaraq idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablandırıb.

O qeyd edib ki, baş vermiş hadisə ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.
"İlkin araşdırmada hadisədən zərərçəkən şəxsdə bədən xəsarəti müəyyən olunub. Hadisə hazırda təhqiqat şöbəsi tərəfindən araşdırılır. Həm hadisənin səbəblərinə, həm də zərərçəkmiş şəxsə dəyən zərərə ayrı-ayrılıqda qiymət veriləcək", - deyə A.Əsgərli bildirib.
Videonu təqdim edirik:
(oxu.az)
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












