Bakıda komendant saatını pozan şəxsləri polis atəş açaraq saxladı - VİDEO

Bakıda komendant saatı rejiminə nəzarət edilən postda polisin “Saxla!” əmrinə tabe olmayaraq hadisə yerindən qaçan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, noyabrın 12-si təxminən saat 02:30 radələrində “Koroğlu” metrostansiyasının yaxınlığında quraşdırılan və komendant saatının tətbiqinə nəzarət edən posta yaxınlaşan şəxs yoxlanış üçün polisin “Saxla!” əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşıb:
“BMW markalı avtomobil posta yaxınlaşarkən polis əməkdaşları yoxlanış məqsədilə “Saxla!” göstərişi veriblər, lakin sürücü yüksək sürətlə postdan keçərək tabesizlik göstərib. Polis əməkdaşları avtomobilin ardınca düşərək bir neçə dəfə “Saxla!” əmri versə də, sürücü tabe olmayıb. Sonda polis əməkdaşları onu saxlamaları üçün məcburedici tədbir olaraq avtomobilin təkərinə atəş açıb və avtomobil saxladılıb”.
İlkin məlumata əsasən, avtomobildə olan şəxslər narkotik vasitənin təsiri altında olublar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












