Bakıda maşının qabağını qaldırmaq üçün görün nələr edirlər - REYD - VİDEO

Yol polisi Bakıda reyd keçirib. Avtosfer.az xəbər verir ki, reyd zamanı nəqliyyat vasitələrinə konstruksiya dəyişikliyi edən, əlavə avadanlıq quraşdıran, müxtəlif müdaxilələrlə nəqliyyat vasitəsinin görüşünü və ağırlıq mərkəzini dəyişən sürücülər aşkar edilib. Bu cür hallar daha çox "Memar Əcəmi" metrostansiyası yaxınlığında qeydə alınıb. Rusiya istehsalı olan bir neçə nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı qum kisələri və mişar daşına rast gəlinib. Eləcə də digər ağır materiallar ilə nəqliyyat vasitələrinin arxa görünüşünü dəyişən sürücülər aşkarlanıb. Məlum olub ki, onlar nəqliyyat vasitələrinin ön hissəsinin qalxması üçün yük yerinə qəsdən bu cür materiallar yığaraq avtomobili idarə edirlər.
Yol polisi tərəfindən həmin sürücülərlə söhbətlər aparılıb və onların nəzərinə çatdırılıb ki, bununla nəqliyyat vasitələrinin ağırlıq mərkəzi dəyişir və tormuz məsafəsinin uzanmasına, nəticədə yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar.
Sürücülərin əksəriyyəti mişar daşı daşımaqla ev tikdiyini, yaxud təmir işi apardığını bildirsə də yol polisi əməkdaşları diqqətə çatdırıblar ki, bu cür hallar son vaxtlarda kütləvilik halını alıb. Sürücülərin də bəhanəsi hər zaman eyni olur. YPX əməkdaşları bu cür sürücülər barəsində qanuni tədbirlər görüb. Bir neçə nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. Reyd zamanı avtomobilə əlavə avadanlıq quraşdıran, səsboğucuya müdaxilə etməklə ətrafda yaşayan insanların narahatlığına səbəb olan sürücülər də aşkarlanıb. Yol polisi bu tədbirləri davam etdirəcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bir neçə saat ərzində keçirilən reyd zamanı 16 fakt aşkarlanıb və hər bir sürücü barəsində inzibati tənbeh tədbiri seçilib. Vaqif Əsədovun sözlərinə görə, sürücülər bu hərəkətlərlə digərlərindən fərqlənməyə çalışır və kobud qayda pozuntusuna yol verirlər. Buna görə də yol polisi bu nəqliyyat vasitələrini aşkar etdikdə sürücülər barəsində sərt tədbirlər görür.
Orxan Əli
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi




















