Bakıda "Niva" ilə "avtoşluq" edən sürücü həbs olundu - FOTO

Bakıda qaydaları kobud şəkildə pozaraq yol polisindən qaçmağa cəhd göstərən sürücü həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirilib ki, dünən axşam saat 19:00 radələrində paytaxtın Salamzadə və Ceyhun Səlimov küçəsində nişanın tələblərinə riayət etməyən 10 FH 024 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobilə yol polisi tərəfindən "saxla" işarəsi verilib. Lakin sürücü buna tabe olmayaraq müxtəlif üsullarla avtoxuliqanlıq hərəkətlərinə davam edib. Hətta yol boyu bir neçə avtomobilə də toxunaraq ziyan vurub. Sonda YPX əməkdaşları süni tıxac vasitəsilə sürücünü saxlamağa nail olub. O, aidiyyəti üzrə Nərimanov rayonu 17-ci polis bölməsinə təhvil verilib. Faktla bağlı toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarına əsasən sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətində inzibati qaydada həbs olunub.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












