Bakıda polisin “saxla” əmrinə tabe olmayan sürücü tıxacda tutuldu - VİDEO

Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanları jurnalistərin iştirakı ilə paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə tədbirləri davam etdirir. Belə ki, bu gün paytaxt yollarında polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücü saxlanılıb. Salamzadə küçəsində hərəkətdə olan sürücü yüksək sürətlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Yol polisi sürücünü süni tixac yaratmaqla saxlaya bilib.
Məmməd Əliyev, Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin rəisi
Salamzadə küçəsində hərəkətdə olan 90 DZ 983 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtomaşının sürücüsü Bəşirov Əliş Vasim oğlu yol patrul xidməti inspektorlarının qanunu tələbinə tabe olmayaraq yüksək sürətlə hərəkətinə davam etmiş, yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşaiyət olunan avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Cəmiyyətin nəzər diqqətini özünə cəlb eləmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllər törətmişdir. Sürücü tərəfimizdən süni tıxac yaradılaraq avtomaşını saxlanılmış, Yasamal Dövlət Yol Polis şöbəsinə gətirilərək törətdiyi əməli səmimi etirafı barədə izahatı alınmış, material hal-hazırda toplanılaraq baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilir.
Əliş Bəşirov, saxlanılan sürücü
Səhər evdən çıxıb işə gedərkən YPX əməkdaşları saxla əmrini verdi, mən də saxla əmrinə tabe olmayıb yoluma davam elədim. Qarşıda digər YPX süni tıxac yaradaraq məni saxladı. Etdiyim əməlimə görə peşimanam. Gənclərə tövsiyyə edirəm ki, yolda diqqətli, ehtiyyatlı olsunlar. Polisin əmrlərinə tabe olsunlar. Sürücü barəsində protokol tərtib olunaraq, 1 il sürücülük hüququndan məhrum edilməklə 500 manatdan 750 manata qədər cərimə edilə bilər. Eyni zamanda məhkəmənin qərarından asılı olaraq ona 15 gündən 1 ayadək inzibati həbs tətbiq oluna bilər.
Yol polisi “Təmiz Hava” aylığına başlayır – 50 manat cəriməsi var
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO










