Bakıda qaçırılan maşın Salyan postunda saxlanıldı - VİDEO - FOTO

Dünən Bakı şəhəri, Nizami rayonu ərazisində 66 BF 227 dövlət nömrə nişanlı, VAZ 2104 markalı avtomobil qaçırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə dərhal Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub. Məlumat daxil olan kimi avtomobilin hərəkət istiqaməti izlənilib. Məlum olub ki, maşın Ələt- Astara-İran sərhəddi yolunda hərəkət edir. Keçirilən əməliyyat nəticəsində Avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşları tərəfindən Ələt-Astara-İran sərhəddi yolunun 88-ci kilometrliyində saxlanılıb.
Saxlanılan zaman avtomobildə olan iki nəfər polisə müqavimət göstərərək qaçmağa cəhd göstərib. Lakin avtomobili qaçıran və yol boyu idarə edən şəxs - Masallı şəhər sakini Ağazadə Toğrul Şəmsəddin oğlu tutularaq aidiyyəti üzrə Nizami rayon 24-cü polis bölməsinə təhvil verilib. Onunla birlikdə cinayətdə iştirak etmiş şəxs də müəyyənləşdirilib. Məlum olub ki, Namiq adlı ikinci şəxs onun qonşusudur.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















