Bakıda saxta nömrə ilə "avtoşluq" edən şəxs həbs olunub - FOTO

Bakı şəhər sakini Mirzağa Seyidzadə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirilib ki, o, 10 FT 095 dövlət nömrə nişanını başqa nəqliyyat vasitəsinə aid olmasına baxmayaraq "Hyundai" markalı avtomobilə vuraraq avtoxuliqanlıq edib. Sentyabr ayının 10-dan etibarən müxtəlif vaxtlarda bu hərəkətlərə yol verib. Aparılan araşdırmalar zamanı onun Zabrat dairəsi, Heydər Əliyev prospektində müxtəlif üsullarla avtoxuliqanlıq edərək qaydaları pozduğu aydınlaşıb. Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü aidiyyəti üzrə polis bölməsinə təhvil verilib. Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən sürücü bir il sürücülük hüququndan məhrum edilməklə, 30 gün müddətində inzibati qaydada həbs olunub.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












