Bakıda yol polisi xanım sürücüləri hədiyyə atəşinə tutdu - FOTO

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə maarifləndirici tədbir keçiriblər. Avtosfer.az xəbər verir ki, tədbir ənənəvi xarakter daşıyır. Xanım sürücülərə bayram münasibətilə hədiyyələr verilir.
YPX əməkdaşları yol hərəkəti qaydalarını pozan xanım sürücüləri saxlayıblar. Onlar əsasən təhlükəsizlik kəmərindən istifadə etməyən, ötmə manevr qaydalarını pozan, sükan arxasında mobil telefondan istifadə edən sürücülər olub. YPX əməkdaşları onları aşkar edərək saxlayıblar. Maarifləndirici söhbətlər apararaq bayram münasibətilə hər hansı cərimə tətbiq etməyəcəklərini bildiriblər. Eyni zamanda bu cür hərəkətlərin təhlükəli olduğu qeyd olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, son illərdə xanım sürücülərin iştirakı ilə baş verən yol qəzalarının sayı azalmaqdadır. Bu da aparılan maarifləndirmə işlərinin nəticəsidir. Azərbaycanda son illər xanım sürücülərin sayı artmaqdadır. Xanım sürücülər arasında nə qədər kobud qayda pozuntularına yol verənlər olsa da, nizam-intizamı ilə seçilən sürücülər daha çoxdur. Biz yol polisi olaraq bütün xanım sürücüləri, piyadaları təbrik edir, onlara uğurlar arzulayırıq.
Tədbir zamanı xanım sürücülərə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin adından qiyməti hədiyyələr və gül təqdim olunub.
Qeyd edək ki, yol polisinin keçirdiyi bu tədbirlərə bir çox tanınmış şirkətlər də dəstək olub.
Xanımlara 156 evakuasiya və 166 yükdaşıma xudmətinin, Sirab sularının və Avtosfer.az-ın hədiyyələri təqdim olunub.
Orxan
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO


















































