Bakıda yol polisi zəncirvari qəzaya düşdu - 3 maşın əzildi - 99 YP 341

Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki Bakı Dairəvi Yolda qeydə alınıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının avtopatrulu, polis şerjantı, 1994-cü il təvəllüdlü Həsənalıyev Sənan Qurban oğlunun idarə etdiyi 99 YP 341 dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə 1993-cü il təvəllüdlü Paşazadə Emin Qəzənfər oğlunun idarə etdiyi 10 BH 288 dövlət nömrə nişanlı "VAZ 21 07" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq Gürcüstan vətəndaşı Mürsəl Qurbanovun idarə etdiyi BA 999 KU nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












