Bakıda yol polisinə xəsarət yetirən sərxoş sürücü və sərnişin həbs edildi - FOTO

Dünən axşam saat 21:00 radələrində Xətai rayonu, NZS qəsəbəsində 99 RC 980 dövlət nömrə nişanlı, "Honda" markalı avtomobilin sürücüsü dönmə işığı yandırmadığı üçün ərazidə xidmət aparan YPX əməkdaşı tərəfindən saxlanılıb. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirilib ki, saxlanılan zaman sürücü Məlikov Ramin Sayəddin oğlunun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Yol polisi əməkdaşı ona qanunun tələblərini izah edən zaman avtomobildə sərnişin qismində əyləşən Əliyev Rəhim Ramil oğlu yol polisinə yaxınlaşaraq mübahisə edib. Daha sonra isə inspektoru vuraraq ərazidən sürücü ilə birlikdə ərazidən qaçmağa cəhd göstərib. YPX əməkdaşı raport yazaraq aidiyyəti üzrə həmin şəxslərin tapılması üçün ərazi polis şöbəsinə müraciət edib.
Bu gün isə hər iki şəxs saxlanılıb. Onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü Ramil Məlikov 10, sərnişin Rəhim Əliyev isə 30 gün müddətində inzibati qaydada həbs olunub.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












