BDYPİ "Uşaqlar Günü" ilə bağlı maarifləndirici aksiya keçirdi - FOTO - VİDEO

Naxçıvan MR Daxili Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşlilatçılığı ilə şəhərin küçə və prospektlərində “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Yol hərəkəti qaydalarını uşaqlardan öyrənək” adlı maarifləndirici aksiya keçirilib.
Avtosfer.az xəbər verir ki, keçirilən layihənin əsas məqsədi yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işini gücləndirmək, yollarda hərəkət iştirakçılarının intizamını yüksəltmək olub.
Polis geymində olan azyaşlılar yol hərəkəti iştirakçıları ilə yol hərəkəti qaydaları, piyadaların vəzifələri, təhlükəsiz davranış vərdişləri mövzularında söhbətlər apararaq, maarifləndirici bukletlər təqdim ediblər.
Yolu təyin olunmayan yerdən keçən piyadaları da saxlayaraq, onlara yol polisi əməkdaşlarının tövsiyyəsi ilə məsləhətlər veriblər.
Həmçinin baş tutan aksiyada sürücülərə yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi, eləcə də uşaq yol-nəqliyyat zədələnmələrinin qarşısının alınması, piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyyələr verilib.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















