Beyləqanda inək qəzasına gedən yol polisləri atı vurdu - 99 YP 636

Bir neçə gün əvvəl Beyləqan yol polisinin əməkdaşları qəza törədiblər. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, hadisə Daşburun-Bəhramtəpə yolunda, "Beyləqan bulağı" adlanan ərazidə baş verib. Xəbərə görə, yol polisinin 99 YP 636 dövlət nömrə nişanlı "BMW" markalı avtomobili sürücünü təqib edib. Bu zaman yol polisinin avtomobili atla toqquşub. Zərbədən avtomobil yararsız hala düşüb. Xəbərdə deyilir ki, qəzaya düşən patrul maşını həmin ərazidə xidmətdə olmayıb. Özləri sürət həddini keçərək qəza şəraiti yaradıblar.
Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə bildirib ki, yol patrul əməkdaşları qəza yerinə gedərkən atla toqquşub: “Jiquli inəklə toqquşmuşdu. Bizim əməkdaşlar da həmin hadisə yerinə gedərkən atla toqquşublar. Qəza sənədləşdirilərək lazımi qurumlara məlumat verilib, atın sahibinə də protokol yazılıb".
Bölmə rəsi bildirib ki, maşın artıq təmir olunub və xidmətə verilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












