Deputat DYP müfəttişindən yazdı - "Belə polislərlə fəxr etməyə dəyər"

Milli Məclisin deputatı Nəsib Məhəməliyev özünün feysbuk hesabında yol polisinin nümunəvi davranışından yazıb. Avtosfer.az xəbər verir ki, deputat qeyd edib ki, dünən axşam saat 18-19 radələrində Tbilisi prospekti ilə Azər Əliyev küçələrinin kəsişməsində pik saatlarında olduğu kimi intensiv hərəkət vardı.
"Təxminən beş dəqiqə ailə üzvlərimlə birlikdə, ərazidə hərəkəti tənzimləyən, DYP-nin gənc müfəttişinin fəaliyyətini müşayiət edərkən, onun davranışlarının nə qədər kübar, işıqforun yanmasını gözləməyən, tez-tez yol hərəkəti qaydalarını səbirsizliklə pozan vətəndaşlarla apardıgı izahat işləri hər birimizin ürəyincə idi. Nümunəvi xidmətinə görə təşəkkür etdim və neçə müddət çalışdıgını soruşdum. Məlum oldu ki, cəmi bir aydır ki, xidmət edir. Halal olsun, yaxşı nümunədir, belə polislərlə fəxr etməyə dəyər", - deyə deputat qeyd edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













