DYP Astarada reyd və maarifləndirmə tədbiri keçirib - FOTO

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə rayon ərazisində reyd keçirilib.
Astara şəhəri ərazisində keçirilən reyd zamanı sərnişindaşıma ilə məşğul olan 15-ə yaxın sürücü saxlanılıb ki, bu zaman da bir çox kobud qayda pozuntularına yol verən, sərnişinlərin mənzil başına təhlükəsiz çatmaları üçün tələb olunan normativlərə riayət etməyənlər aşkarlanıb. Normadan xeyli artıq sayda sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan iri və kiçik tutumlu avtobuslar müəyyən edilib. Eyni zamanda, sərnişindaşıma ilə məşğul olduğu halda gündəlik tələb olunduğu halda tibbi müayinədən keçməyən sürücülərə də rast gəlinib.
Keçirilən reyd zamanı sürücüluk vəsiqəsi olamadan avtomobili idare edən sürücülərədə saxlanıldı.
Reyd zamanı sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar izah olunaraq bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır.
Daha sonra yol polisi əməkdaşlarının sürücülərlə keçirdiyi görüşdə də şəhərlərarası sərnişindaşıma ilə məşğul olan sürücülərə riayət etməli olduqları Yol Hərəkəti Qaydaları, iş və istirahət rejimi, həmçinin qanunvericiliyin digər tələbləri barədə məlumatlar verilib. Bütün bu qaydaların sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmaları və bədbəxt hadisələrin baş verməməsi üçün nəzərədə tutulduğu diqqətə çatdırılıb. Şəhər ərazisində sərnişindaşımaya nəzarəti həyata keçirən Astara Nəqliyyat Səhmdar Cəmiyyətinindən bildirdilər ki, orada tibbi və texniki müayinə üçün hər bir şəraitin var. Ancaq sürücülərin əksəriyyəti bun biganə yanaşıllar.
Astara rayon polis şöbəsinin dövlət yol polisindən isə bildirildi ki, qayda pozuntularına yol verən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.
Orxan
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO




















