DYP avtovağzallarda daşıyıcılar və sərnişinlərlə görüş keçirdi - FOTO - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ərəfəsində sərnişindaşıma sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daşıyıcılarla maarifləndirmə xarakterli görüşlər keçirib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində və Sumqayıt avtovağzalında təşkil olunan tədbirlərdə sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan hüquqi və fiziki şəxslərə, eləcə də sürücülərə hüquq və vəzifələri haqda bir daha geniş məlumat verilib, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, həmçinin iş və istirahət rejiminə əməl olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması xüsusi vurğulanıb.
Avtobuslarda səfərə çıxmağa hazırlaşan sərnişinlərə isə həyatlarını etibar etdikləri sürücülərin yol verdikləri qayda pozuntularına biganə qalmamaq, hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, qayda pozan sürücüləri intizama dəvət etmək tövsiyə edilib, zərurət yarandığı təqdirdə “902- Qaynar Xətt” xidmətinə məlumat vermələri xahiş olunub.
Görüş iştirakçıları DYP tərəfindən keçirilən tədbiri rəğbətlə qarşılayıb, onların rahat və təhlükəsiz hərəkəti üçün atılan addımların və bu sahədə DYP ilə birgə əməkdaşlığın hər zaman faydalı olduğunu qeyd edib, minnətdarlıqlarını bildiriblər.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












