DYP bayram günləriin qəza statistikasını AÇIQLADI - Ölənlər, yaralananlar...

Azərbaycanda bayram günlərində baş verən qəzalarda 7 nəfər ölüb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, Novruz bayramı ilə əlaqədar mart ayının 20-dən 27-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 39 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 7 nəfər həyatını itirib.
Builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm faktı 36 faiz azalıb.
"Qeyri-iş günlərində idarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və demək olar ki, bütün stasionar postlarda gündəlik nəzarət tədbirləri həyata keçirilib. Yollarda baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da davam etdiriləcəkdir", - idarədən bildirilib.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













