DYP-dən açıqlama: Texniki baxış məntəqələri şənbə və bazar günləri də işləyir

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin plenar iclasında çıxış edərkən bəzi dövlət qurumlarının istirahət günlərində də xidmət göstərməsini təklif edib. Bildirib ki, vətəndaşlar adətən həftənin iş günləri çalışırlar və yalnız həftə sonları vaxtı olur. Odur ki, bəzi xidmətlər istirahət günlərində də davam etməlidir. O, eyni zamanda Dövlət Yol Polisi İdarəsinə təkliflə çıxış edərək bildirib ki, texniki baxış mərkəzləri həftənin şənbə və bazar günləri də işləsə insanlar üçün rahat olar.
Avtosfer.az məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədən bildiriblər ki, Fazil Mustafanın bu təklifi təqdirəlayiqdir. "Lakin Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, artıq üç ildir bütün texniki baxış məntəqələri həftənin şənbə və bazar günləri də fəaliyyət göstərir. Bu qərar 2016-cı ildən qəbul olunub və bu gün də davam edir. Yəni vətəndaşlar həftə sonları da heç bir istisna olmadan DYP-nin texniki baxış məntəqələrinə müraciət edə bilərlər."
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













