DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ – 500-600 manat cərimələnə bilərsiz

Bakıda son vaxtlar yük maşınlarının şəhər daxilində hərəkəti ilə bağlı ciddi problemlər müşahidə olunur. Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, gündüz saatlarında yollarda sıxlıq yaradan, təhlükəsizlik riskləri doğuran və sürət həddini aşaraq qəzalara səbəb olan hallara tez-tez rast gəlinir. Bu səbəbdən də həm yük avtomobillərinin şəhərə girişinə, həm də sürət rejiminə dair qadağalar tətbiq olunur. Baş DYP İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib ki, baş verə biləcəq qəzaların qarşısının alınması üçün sürücülər hər zaman daha diqqətli olmalı, xüsusilə yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər sərt döngələrdə, enişli və körpü sahələrində sürəti azaltmalı, idarəetməyə tam nəzarəti təmin etməlidirlər:
"Eyni zamanda, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığının yoxlanılması həyati əhəmiyyət daşıyır.
Unutmayaq ki, yolda hər kəsin təhlükəsizliyi bir-birimizin məsuliyyətli davranışından asılıdır. Hər qaydaya əməl etmək – həm öz həyatımızı, həm də digər insanların həyatını qorumağın ən etibarlı yoludur.
![]()
Eyni zamanda xatırladırıq ki, çəkisi səkkiz tondan artıq olan yük avtomobillərinin paytaxta girişi yalnız axşam saat 22:00-dan səhər 08:00-a qədər müəyyən edilib. Bu məhdudiyyət nəqliyyatın sıxlığının qarşısını almaqla yanaşı, hərəkət təhlükəsizliyinin təmin edilməsinə də xidmət edir. Yük avtomobili sürücüləri bu qaydaya ciddi əməl etməlidirlər. Yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər təyin olunmuş yük tonajını aşdıqları halda barələrində tədbirlər görüləcək".
Qeyd edək ki, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə fiziki şəxslər 40 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 500 manatdan 600 manatadək məbləğdə cərimə edilir.
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi
Yol polisi piyadalarla bağlı dəhşətli görüntülər yaydı - XƏBƏRDARLIQ - VİDEO
Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir










