DYP əməkdaşları azyaşlının həyatını belə xilas etdi - 99-YP-239 - ANBAAN VİDEO
Abşeron rayonu ərazisində vəziyyəti ağır olan azyaşlı DYP əməkdaşlarının köməyi ilə vaxtında xəstəxanaya çatdırılıb. Bu barədə Avtosfer.az-a xəstənin yaxınları məlumat verib.
Bildirilib ki, Abşeron rayon ərazisində 99-YP-239 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan Zəngilan rayon DYPB-nin əməkdaşları baş inspektor Allahverdiyev Samir və inspektor Hesenov Faiq onlara müraciət edən 54-BN-524 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsünə köməklik edib.
Belə ki, avtomobildə olan azyaşlı Zeyn İbrahim Yusif oğlunun vəziyyəti qəfildən pisləşib. DYP əməkdaşları avtomobili müşayət edərək yolu açıb və xəstə təcili olaraq Sumqayıt şəhər Xəstəxanasına çatdırılıb.
Həkimlərin vaxtında müdaxiləsi sayəsində azyaşlının həyatını xilas etmək mümkün olub.
Uşağın valideyinləri və yaxınları DYP əməkdaşlarının simasında Daxili İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşlarına təşəkkürlərini bildiriblər.
Xəstənin yaxınlarından birinin çəkdiyi videonu təqdim edirik:
Orxan
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












