DYP məktəbdə şagird və müəllimləri maarifləndirdi - FOTO

Hadisələrin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə təhlükəsizliyin təmin edilməsi ilə bağlı təbliğat və təşviqat, maarifləndirmə xarakteri daşıyan növbəti belə tədbir paytaxtın 231 nömrəli orta məktəbində Pirallahı rayon polis İdarəsi, DYP şöbəsinin əməkdaşları ilə birlikdə keçirilib. Tədbirlərdə 243, 235,186,168 nömrəli məktəblərin şagird və müəllimləri də iştirak edib.
Görüşdə çıxış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İcrimai İşlər üzrə inspektorları, polis kapitanı Pərvanə Muradova baş verə biləcək hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Məktəblilərə piyadanın vəzifələri, küçə hərəkəti qaydaları, təhlükəsiz davranış vərdişləri barədə geniş məlumat verib.
Tədbirdə edən edən Pirallahı DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Müştəba Həmidov bildirib ki, hər bir məktəbli yol hərəkəti qaydaları ilə bağlı bu məsələləri diqqət mərkəzində saxlasa , evdə valideyn, məktəbdə müəllim onları maarifləndirsə uşaqlar daha çox ehtiyatla davranar və təhlükədən uzaq olarlar. Ümumiyyətlə ibtidai sinif şagirdləri dərsə gedərkən və qayıdarkən valideyn nəzarətinin önəmli olduğunu qeyd edib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Leyla
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















