DYP nasaz avtomobillərlə bağlı müraciət etdi: "Real təhlükədir" - VİDEO

Dünyanın hər yerində yol hərəkəti təhlükəsizliyinin konkret vacib elementləri var. Onlardan biri də yolda hərəkət edən nəqliyyat vasitələrinin texniki vəziyyətidir. Yollarda təhlükəsizliyin təmin olunmasında üç əsas meyar mühüm rol oynayır: İnsan, texnika və yol infrastrukturu. Yollarda hərəkətdə olan texnika saz vəziyyətdə olmalıdır. Müvafiq normalara cavab verməyən nəqliyyat vasitələrinin istismarı bütün yol hərəkəti iştirakçıları üçün real təhlükədir.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi keçirdikləri tədbirin görüntüsünü sosial şəbəkədə paylaşıb. Belə ki, tədbir zamanı sürücülər saxlanılıb, nəqliyyat vasitələrinə baxış keçirilib. Həmçinin DYP əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər aparıb. Söhbət zamanı texniki cəhətdən saz olmayan avtomobilləri idarə etməyin həm özlərinə, həm də digər hərəkət iştirakçılarına təhlükə yaratmaları qeyd olunub.
Nərmin
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












