DYP-nin müayinə mərkəzində “Təmiz hava” - VİDEO

Hazırda ölkə ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində ətraf mühitin çirkləndirilməsi hallarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi və bu sahədə əhalinin maarifləndirilməsi işi davam edir.
Avtosfer.az xəbər verir ki, bu məqsədlə, DİN-in Baş DYP İdarəsinin Müayinə Mərkəzində təşkil olunan növbəti tədbirdə mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələri aşkar edilərək onların sahibləri ilə izahedici söhbətlər aparılıb, avtomobilin texniki cəhətdən saz vəziyyətdə istismar etməsinin vacibliyi haqda onlara ətraflı məlumat verilib.
Cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə, bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırırıq.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












