DYP Qaradağda "Təmiz hava aylığı" tədbirləri keçirib - xəbərdarlıq, təşəkkür, cərimə... - FOTO

Yol polisi "Təmiz hava" aylığı ilə bağlı növbəti aksiyanı Qaradağ rayonunda keçirib. Avtosfer.az xəbər verir ki, Qaradağ rayon DYP Şöbəsinin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı avtomobillərdən atmosferə atılan qazların miqdarı yoxlanılıb. Tədbirdə havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı maarifləndirici tövsiyələr verilib. Avtomobilləri saz vəziyyətdə olan sürücülərə isə təşəkkür edilib.
Aksiya zamanı əksər sürücülərin avtomobilləri normalara cavab verib. Sürücülərlə söhbət zamanı tövsiyə ediblər ki, avtomobillərin saz vəziyyətdə saxlanması əvvəlcə özləri, ailə üzvləri və cəmiyyət üçün xeyirlidir.
Zərərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücülərinə inzibati qaydada protokol tərtib olunub.
Bəzi sürücülərə xəbərdarlıq olunub.
Qeyd edək ki, “Təmiz hava aylığı” ilə bağlı tədbirlər ayın sonunadək davam etdiriləcək.
Emin
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



























