DYP rəhbərliyi göstəriş verdi: piyadavurmaların səbəbləri araşdırılır - FOTO - VİDEO

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində piyadavurmalar baş verən ərazilərdə maarifləndirmə tədbiri keçiriblər. Tədbirin keçirilməsində əsas məqsəd piyadavurmaların qarşısını almaq, insanları maarifləndirmək və baş verən hadisələrin səbəblərini araşdırmaqdır.
Bayraq meydanı ətrafında keçirilən tədbirlər zamanı yol-hərəkəti qaydalarını pozan piyadalar Avtosfer.az-ın əməkdaşına bildiriblər ki, onlar bəzən məcburiyyət qarşısında qalıb bu qaydaları pozurlar.
Çünki ərazisində iki piyada keçidi olsa da bəzən eskalatorlar işləmir, gecələr qaranlıq olur və bəziləri qorxudan həmin keçidlərdən istifadə etmir.
Digər tərəfdən isə yaşlı insanlar Avtosfer.az vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək bildiriblər ki, keçidlərin avtobus dayanacaqlarından uzaq tikilməsi, eyni zamanda keçidin birinin bulvar ərazisinə çıxması və dayanacağa çatmaq üçün təxminən 500 metr məsafəni qət etmək ehtiyacı yarandığından vətəndaşlar məcbur qalıb yolu keçid olmayan ərazidən keçirlər.
Xüsusilə yaşlı insanlar bu qaydaları pozurlar. Ərazidə xidmət aparan polis əməkdaşları da bildirdilər ki, gün ərzində təxminən minə yaxın vətəndaş yolu keçir. Onların az bir hissəsi qayda pozur. Artıq aparılan maarifləndirmə işləri öz müsbət nəticəsini verir. Qaydalara əməl edən insanlar çoxdur.
Lakin yaşlı və xəstə olduğunu deyən insanlar keçidlərdən istifadə edə bilməmələrini keçidlərin standartlara uyğun olmaması, eskalatorların işləməməsi və dayanacaqlardan uzaq olması ilə əlaqələndirirlər. Təklif olunur ki, daha bir dayanacaq Bayraq meydanının qarşısında qoyulsun.
Keçidlərdə işıqlandırma və mühafizə sistemi təmin olunsun ki, insanlar keçidlərdən rahat şəkildə istifadə etsinlər.
Qeyd edək ki, son 10 gün ərzində Səbail rayonu ərazisində piyadavurma ilə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər ölüb, daha ikisi xəsarət alıb. Bu hadisələrlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi həmin ərazilərdə müayinə aparılması, hadisələrin səbəblərinin araşdırılması barədə göstəriş verib. Hazırda işlər davam etdirilir.
Elməddin Muradlı
Orxan Əli
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO



























