DYP rəhbərliyi göstəriş verdi - Yol polisi sürücüləri belə məlumatlandırır – VİDEO

Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonu ərazisində - Lermontov və Teymur Elçin küçələrinin kəsişməsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib. Əvvəlki qaydaya görə Teymur Elçin küçəsindən gəlib Lermontov küçəsinə - Nazirlər Kabinetinə dönənlər Dağüstü park tərəfdən gələnlərə yol verirdi. İndi isə hərəkət əksinə təşkil edilib və Dağüstü parkdan gələn sürücülər üçün “Yol ver” nişanı qoyulub. Eyni zamanda, Nazirlər Kabinetinin qarşısından qalxaraq Teymur Elçin küçəsinə dönənlər də əvvəllər Dağüstü parkdan gələnləri gözləməli olurdusa, indi əksinədir.
Bir neçə gündür hərəkətin təşkilində dəyişiklik edilməsinə baxmayaraq hələ də əksər sürücülər nişanlara baxmadan köhnə qaydada hərəkət edir. Kimsə dayanıb üstünlük verilən yoldan gələnlərə yol verdikdə isə arxadakılar siqnal verir və digərlərini çaş-baş salırlar. Bunu nəzər alaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi həmin ərazidə sürücüləri məlumatlandırmaq üçün göstəriş verib. Günün əksər saatlarında həmin ərazidə xidmət aparan YPX inspektorları sürücülərə yeni yol nişanları barədə məlumat verib onları diqqətli olmağa çağırırlar.
Avtosfer.az ərazidən çəkilmiş görüntüləri təqdim edir:
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

























