DYP rəsmisi qəzaların başvermə səbəblərini AÇIQLADI - VİDEO

“Qəzaların baş verməsinin əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır”.
Avtosfer.az xəbər verir ki, bunu Qlobal TV-nin efirində jurnalist Orxan Əlinin təqdimatında yayımlanan "Sözümüz sözdür" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev deyib.
O, təəssüflə bildirib ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bəzi sürücülər qaydalara qeyri-ciddi və laqeyd yanaşırlar: “Nəzərə alınmalıdır ki, qanunvericilikdə yazıldığı kimi, nəqliyyat vasitəsi təhlükəli mexanikadır. Nəqliyyat vasitəsi təyin olunan sürətə uyun idarə olunmalıdır. Bəzi sürücülər xüsusi texniki vasitəyə yaxınlaşarkən sürəti azaldıb, digər texniki vasitəyə qədər isə sürəti yenidən artırırlar. Qəzalar da çox vaxt, xüsusən də günün qaranlıq saatlarında iki texniki vasitənin arasında baş verir”.
Elvin Hacıyevin fikrincə hər bir sürücü “Hansısa məsafə qət edərkən özünün və sevdiklərinin həyatını təhlükə atmağa dəyərmi?”, “Niyə nəqliyyat vasitəsini sürətli idarə etməliyik?” suallarını özlərinə verməlidir: “Sükan arxasında əyləşən sürücünün sağlamlığı onun sahib ola biləcəyi bütün maddi nemətlərdən qiymətlidir”.
Məhəbbət Tərlanoğlu
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












