DYP reyd keçirdi: sürücü və piyadalara xəbərdarlıq olunub - FOTO

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın küçə və prospektlərində piyadalarla bağlı maarifləndirci tədbir keçirib. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə yol hərəkəti qaydalarını pozan piyadalar müəyən edilib, onlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı əməl etməli olduqları qaydalar izah olunub.
Bakının “20 yanvar”, “İnşaatçılar” metrostansiyalarının ətrafında keçirilən tədbirlər nəticəsində 50-dən artıq piyadaya yol hərəkəti qaydalarını pozduğu üçün xəbərdarlıq edilib. Onlara piyada keçidindən istifadə etməyin vacibliyi izah olunub. Xəbərdarlığa məhəl qoymayan piyadalar barəsində isə inzibati protokol tərtib edilib.
Tədbir zamanı piyadaların daha çox “20 yanvar” dairəsindəki körpünün altında qayda pozmaları diqqət çəkib. Belə ki, Bakı-Sumqayıt və digər istiqamətlədə taksi fəaliyyəti ilə məşğul olan sürücülər sərnişinləri məhz körpünün altında avtomobildən düşürürlər. Nəticədə sərnişinlər yolu keçən zaman təhlükə ilə üzləşirlər. Yol polisinin əməkdaşları bu qayda pozuntusuna şərait yaradan sürücülərə də ciddi xəbərdarlıq edib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlərin bundan sonra da davam etdirilməsi planlaşdırılır.
Namiq
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



















