DYP sərxoş tutulan vəkilin ittihamlarına cavab verdi - Böhtan atır

Bu gün bəzi kütləvi informasiya vasitələrində Bəhruz Bayramov adlı vəkilin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin ünvanına ittihamlar yer alan yazısı dərc olunub. Vəkil iddia edir ki, yol polisi qanunsuz olaraq onun sənədlərini alıb və qaytarmır. Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, vəkil yol polisinin fəaliyyətinə kölgə salmaq məqsədilə müxtəlif üsullara əl atır. Belə ki, vəkil onun barəsində toplanmış materialları Binəqədi rayon məhkəməsinə göndərib. Məhkəmə protokolun ləğv edilməsi ilə bağlı qərar çıxarıb və sürətini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə göndərib. Lakin sürücülük vəsiqəsini özündə saxlayıb. Yol polisi isə bundan apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi Binəqədi rayon məhkəməsinin qərarını ləğv edərək təkrar baxışa göndərib. Hazırda məhkəmədə təkrar baxış keçirilir və Binəqədi rayon məhkəməsi hesab edir ki, sürücünün tibbi müayinəsini həyata keçirən həkimin imzası şübhə doğurur. Bunun üçün həmin həkim dəvət olunub və o imzanın özünə məxsus olduğunu təsdiq edib. Toplanmış materiallar sabah Binəqədi rayon məhkəməsinə göndəriləcək.
Vaqif Əsədov hesab edir ki, Binəqədi rayon məhkəməsinin bu cür qərar çıxarması həmin vəkillə dostluq münasibətlərini ifadə edir. "Yol polisi də öz üzərinə düşən vəzifələri layiqincə icra edərək toplanmış materialları məhkəməyə təqdim etməklə ədalətli qərar çıxarılacağını düşünür. Amma qərar çıxarmadan vəkilin bu cür ajiotaj yaratması başa düşülən deyil. Onun sürücülük vəsiqəsi iki gün əvvəl yol polisi idarəsinə daxil olub və sənədlər Binəqədi rayon məhkəməsinə göndəriləcək. Belə olan halda vəkil bir hüquqşünas kimi başa düşməlidir ki, məhkəmənin yekun qərarı olmadan ona heç bir sənəd qaytarıla bilməz. Odur ki, vəkillin vəsiqə tələbi qanuna ziddir".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin vəkili Mirdamət Ağayev Avtosfer.az-a bildirib ki, 2018-ci ilin noyabr ayının 20-də Bəhruz Bayramov barəsində İXM-nin 329.1 və 333.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol (İXP 2144677) tərtib olunub. Qeyd olunan protokol baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib. 2018-ci ilin dekabr ayının 3-də məhkəmənin qərardadı və əlavə olunmuş sənədlər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə təqdim olunub. "Biz bu qərardan apellyasiya şikayəti verdik. 2019-cu ilin yanvar ayının 28-də apellyasiya şikayəti qismən təmin olunaraq iş yenidən Binəqədi rayon məhkəməsinə qaytarılıb. Mart ayının 29-da protokolda natamamlıq olduğu üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə düzəlişlər üçün göndərilib. Daha sonra tərəfimizdən əlavə sənədlər tərtib olunaraq iş yenidən Binəqədi rayon məhkəməsinə təqdim olunub".
Elmin
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"










