DYP Xəzərdə tədbirlər keçirdi - Sürücülərlə söhbət aparıldı - VİDEO

Bu gün Xəzər rayonu ərazisində "Təmiz hava aylığı" çərçivəsində növbəti reyd keçirilib.
Avtosfer.az xəbər verir ki, Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində sürücüləri saxlayıb və xüsusi texniki qurğu vasitəsilə avtomobillərdın ixrac olan zəhərli qazların miqdarı yoxlanılıb.
Tədbir zamanı sürücülərlə profilaktiki söhbətlər aparılıb və onlara qanunun tələbləri izah edilib.
Avtomobili nasaz vəziyyətdə olan və zəhərli qazların miqdarı yüksək olan sürücülər barəsində inzibati qaydada protokol tərtib olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Rüstəm Əhmədli sürücüləri qaydalara əməl etməyə çağırıb.
Qeyd edək ki, tədbir zamanı digər qayda pozan sürücülər də aşkarlanıb. Xəzər rayon DYPŞ-nin inspektoru Anar Məmmədov Avrosfer.az-a bildirib ki, "Təmiz hava aylığı" çərçivəsində keçirilən tədbirlər zamanı ümumilikdə 135 sürücü barəsində inzibati qaydada protokol tərtib olunub.
Həmçinin taksi kartı olmadan sərnişin daşımaya görə 11, sürücülük hüququ olmadığı üçün 5, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 4 və avtomobildə konstruksiya dəyişiklikləri etdiyinə görə 19 sürücü məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, analoji tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Orxan Əli
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ






















