DYP zabitinin fikirləri düzgün başa düşülməyib - Videoya çəkmək qadağan deyil

Təəssüflə bildiririk ki, 02.02.2019-cu il tarixində yayımlanan “Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar” başlıqlı yazıda ifadə olunan fikirlər düzgün şərh olunmayıb. BDYPİ-nin rəsmisi R.Quliyev vətəndaşlar tərəfindən yol-patrul xidmətinin əməkdaşlarının xidmət zamanı video çəkilişinin aparılmasının cəzaya səbəb olması ilə bağlı fikir bildirməyib.Əslində, sözügedən materialda şöbə rəisi R.Quliyev qanunvericilikdə məhz polisin qanuni tələbinə tabe olmayan sürücülərin cəzalandırılması barədə konkret maddələrin nəzərdə tutulduğunu, habelə yol hərəkəti zamanı digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altnda qoyaraq törətdikləri qayda pozuntularının, özbaşınalıqların videogörüntülərini sosial şəbəkədə paylaşmaqla bunu “qəhrəmanlıq” kimi təqdim edən şəxslərin yanlış yolda olduqlarını bildirib. Bu fikirlər isə sonradan ayrı-ayrı saytlarda təhrif edilmiş şəkildə paylaşılıb.
oxu.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












