DYP zəhərli qaz buraxan və nasaz avtomobillərə nəzarəti tam gücləndirdi – VİDEO

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün stasionar postlarında “Təmiz hava” aylığı çərçivəsində reydlər keçirilir. Avtosfer.az xəbər verir ki, dünən Müşfiq, Saray və Qaradağ postlarında sürücülər arasında maarifləndirmə işinin aparılması və ətraf mühiti çirkləndirən, texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin aşkarlanması məqsədilə tədbirlər keçirilib. YPXA-nın bütün stasionar postlarında baş tutan tədbirlər ay ərzində davamlı olaraq keçirilsə də, təəssüf ki, texniki cəhətdən nasaz avtomobillərlə yük daşıyan, ətraf mühiti çirkləndirən, yolboyu təhlükə saçan avtomobillərə hələ də rast gəlinməkdədir.
Məsələn, Qaradağ postunda aşkar olunan “QAZ-31” markalı avtomobilin sürücüsü etiraf edir ki, nəqliyyat vasitəsinin səsboğucusu yoxdur. Çünki bostandan qarpız-yemiş yığıb çıxanda avtomobili həddindən artıq çox yükləyir və maşının altı yerə dəydiyi üçün səsboğu qırılır. Sürücü də nasazlığı aradan qaldırmaq əvəzinə onu birdəfəlik çıxarıb atıb.
YPX əməkdaşları həmin sürücü barəsində tədbir görüb, ona törtədiyi əməlin təhlükəli tərəfləri izah olunub. Bildirilib ki, o, bununla ətraf mühitə ziyan vurur və avtomobili nasaz vəziyyətə salır. Bundan başqa, onun minik avtomobilinə vurduğu yük nəqliyyat vasitəsinin dayanıqlı olmasını pozur və əyləc sisteminə təsir edir. Bununla da o, kiçik bir manevr zamanı ağır qəza törədə bilər.
Sürücü iradları qəbul edərək avtomobili təmir etdirəcəyinə söz verib.
Saray postunda isə hər gün 15-20 sürücü barəsində tədbir görülür. YPXA-nın 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov bildirib ki, hər gün 100-ə yaxın avtomobil saxlanılır və zəhərli qazların miqdarı yoxlanılır. Son vaxtlar normanı aşmayan, hətta normadan daha az zəhərli qaz ixrac edən nəqliyyat vasitələrinə rast gəlinir. Lakin normadan 2-3 dəfə çox zəhər ixrac edən nəqliyyat vasitələri də var ki, onların sürücülərinə dəfələrlə edilən xəbərdarlıqlar nəticə vermədiyi üçün yol polisi onları cərimələyir.
Müşfiq postunda keçirilən reyd zamanı texniki cəhətdən nasaz avtomobillər aşkar edilib. Normaları aşmayan, avtomobilə vaxtında texniki qulluq göstərən sürücülər də olub. Yol polisi onlara təşəkkür edib, digər sürücülər arasında maarifləndirici söhbətlər aparmağa dəvət edib.
Yol polisinin təbliğat xarakterli tədbirləri ayın sonunadək davam edəck. Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, avtomobili texniki cəhətdən nasaz halda idarə etməsinlər, belə nəqliyyat vasitələri ilə uzaq yola çıxmaq olduqca təhlükələdir. Unutmaq olmaz ki, zəhərli qazların miqdarı çox olduqda bu elə ilk növbədə sürücünün özünə, ailə üzvlərinə ziyan vurur.
Elməddin
Vilayət Eyvazov Qəbələdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək - FOTO
DYP-dən sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP



































