Hər işin arxasınca polis qaçır... - Narkomaniya, erkən nigah, saxta qidalar və daha nələr...

Azərbaycanda bütün yük sanki polisin çiynindədir. Qidadan zəhərlənmə var, polis reyd keçirir, saxta qidalarla mübarizə aparır. İnsanlar hər gün qidadan, saxta içkilərdən zəhərlənir. Sexlərdə saxta məhsullar istehsal olunur, bazara çıxır, yenə polis işə qarışır. Hansı ki, AQTA adlı bir yaramaz qurum var.
Erkən yaşda qızları ərə verirlər, polis gəlir, müdaxilə edir, bu sahədə təbliğat aparır. Hansı ki, bu sahəni də tənzimləyən bir başqa qurum var.
Narkomaniyaya qarşı mübarizə tədbirləri polisin çiynindədir. Hansı ki, həmin narkotiklərin böyük hissəsi xaricdən, xüsusən də İrandan Azərbaycana gətirilir. Necə?
Küçədə sahibsiz itlər vətəndaşları narahat edir, yenə də polis müdaxilə edir. Hansı ki, yerli icra orqanları, bələdiyyələr var...
Bank kartlarından oğurlur olur, yenə də polis köməyə gəlir. Hansı ki, Mərkəzi Bank var, bankların özünün təkmil sistemi olmalıdır.
İnternetdə dələduzluq halları çoxalıb, yenə də polis işə qarışır. Vətəndaşları maarifləndirmək üçün gündəlik, özü də mütəmadi işlər aparılır. Hansı ki, bu da yeri gələndə başqa qurumların işidir.
Ağac aşdı polis gəlsin, taksidə qadına söz atdılar polisə zəng gedir, qonşu ucadan danışır, yenə polis. Ağaclar gec çiçək açanda da polisə zəng etsək pis olmaz.
Mən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvüyəm. Hələ bu vaxtacan DİN rəhbərliyi bircə dəfə də olsun deməyib ki, polisə aid olmayan işlərlə də məşğul oluruq. Yəni, polis sanki hər işdə vətəndaşın yanında olmağı özünə bir peşə seçib.
Düzdür, neqativ hallar da baş verir. Vətəndaşlardan şikayətlər də alırıq. Cəzalanan polislərin sayı onlarladır. Amma əvvəlki illərə baxanda xeyli azalıb və azalır.
Ona görə də, Azərbaycanda polisə xor baxanlar yalnız cinayətə meyilli və ya ətrafında belə insanlar olanlar, xaosdan istifadə edib özünə sərf edənləri etməyi düşünənlər, başqalarını basıb əzməyə hazır olanlardır.
Elməddin Muradlı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












