İşğaldan azad olunan ərazilərə polis şöbələri köçürülür - AÇIQLAMA

“Müvafiq Polis Şöbələrinin işğaldan azad olunan ərazilərimizə köçürülməsinə başlanılıb”.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Avtosfer.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq Şuşa Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Şuşa şəhərindədir:
“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb.
Əmrə əsasən, işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür. Artıq Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunublar”.
E.Zahidov onu da əlavə edib ki, bu proses Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq aparılır:
“Bu Polis Şöbələri müvəqqəti komendantlıqlar şəklində aidiyyəti rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər”.
Xatırladaq ki, Azərbaycan ordusunun Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığı müharibədə qazandığı qələbə nəticəsində, noyabrın 8-i Şuşa şəhəri erməni işğalından azad edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












