Jurnalistlər də postdan buraxılmayacaq? - “Mətbuatın şənbə-bazar nəsə reportaj etdiyini görməmişəm” - Kamran Əliyev

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən bölgələrdən həftəsonu rayonlara ezamiyyət üçün gedən şəxslərə xəbərlıq edib.
DİN Baş DYP İdarəsinin xəbərdarlığında bildirilir ki, həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vərəqələrinin verilməsinə və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərin sərhədlərində yerləşən xüsusi karantin postlarından buraxılmayacaqlar. Qeyd edək ki, sərtləşdirilmiş xüsusi karantin Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonlarında qüvvədədir. DİN Baş DYP İdarəsininin qərarında müəyyən anlaşılmayan məqamlar var.
Məsələn, media şənbə-bazar günləri işləyir.
KİV əməkdaşı reportaj üçün hansısa rayona gedə bilərmi? Digər tərəfdən, postda duran DİN əməkdaşları hansı qurumun şənbə və bazar günü işləyib-işləmədiyini necə müəyyənləşdirəcək?
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə Cebhe.info-ya açıqlamasında KİV əməkdaşının əsaslandırılmış müraciəti və sənədi olarsa, postdan buraxılacağını deyib: “Mən görməmişəm ki, hansısa mətbuat orqanı şənbə-bazar günü nəsə reportaj etsin. Əgər bununla bağlı konkret gedəcəyi yer və əlində sənədi varsa, o halda buraxıla bilər, amma ailə üzvləri olmadan”.
İşləyib-işləməyən qurumların necə müəyyənləşdirilməsi məsələsinə gəlincə isə Kamran Əliyev bildirib ki, fəaliyyətinə icazə verilən qurumların əməkdaşları ezamiyyət adı ilə şənbə-bazar istirahətə gedirlər: “Bir çox qurumlar var ki, şənbə və bazar günləri ümumiyyətlə, işləmirlər. Yəni o qurumlarının şənbə-bazar günləri hara getmələri maraqlıdır. Niyə məhz şənbə-bazar günləri gedirlər? Bu da onu göstəricisidir ki, fəaliyyətinə icazə verilən təşkilatlarda çox əməkdaş ezamiyyə adı ilə şənbə-bazar günləri yalnız istirahətə gedir”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












