Komendant saatı nə vaxt ləğv olunacaq?

Sentyabrın 27-dən ölkəmizdə komendant saatı tətbiq olunur. Müharibənin bitməsinə baxmayaraq, komendant saatı hələlik ləğv olunmayıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Avtosfer.az-a bildirib ki, Azərbaycanda hərbi vəziyyətin elan olunması hələlik gündəmdə qalacaq:
“Hərbi vəziyyətin ləğvi ilə bağlı qərar qəbul olunmayıb. Erməni işğalçıları hələ də bizim torpaqlarımızı tam tərk etməyiblər. Qərar qəbul olunduqdan sonra komendant saatının ləğvi ilə bağlı tədbir görüləcək. Müəyyən məsələdir ki, ermənilər qrafikə uyğun olaraq bizim ərazilərimizi tərk etməlidir”.
A.Nağıyev bildirib ki, komendant saatı boş yerə tətbiq olunmayıb:
“Ermənilər xisləti, niyyəti pis olan düşməndir. Onlar hər cür təxribat törətmək amalındadırlar. Komendant saatının əsas məqsədi bu təhlükəni, bəlanı üzərimizdən sovuşdurmaq, təhdidin qarşısını almaqdır.
Nə vaxt ki, təhdid məsələsi ortadan qalxacaq, o zaman komendant saatı ləğv ediləcək. Azərbaycan xalqı narazı deyil komendant saatının tətbiqindən, çünki hər kəs bilir ki, müharibədir və hər an hər şey ola bilər”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












