“Koroğlu”da polisdən qaçan narkokuryer saxlanıldı – FOTO + VİDEO

Metronun “Koroğlu” stansiyasının yaxınlığında yol polisinə tabesizlik göstərərək qaçmağa çalışan motosiklet sürücüsü, paytaxt ərazisində narkokuryerlik edən 2002-ci il təvəllüdlü Əliyev Tofiq Taleh oğlu barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin şəxsdən 2 kiloqrama yaxın heroin, 105 qram tiryək, 2 qram metamfetamin, marixuana və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi götürülüb.
Qeyd edilib ki, T.Əliyev ötən gün Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. T.Əliyev bu səbəbdən yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













