Maşını cərimə meydançasına aparılan qazinin 1700 manat borcu varmış - DYP AÇIQLADI - VİDEO

Avtomobilin yol polisi tərəfindən qanunsuz saxlanıldığını iddia edərək video paylaşan qazi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb. İdarədən Avtosfer.az-a bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobili nömrə nişanları olmadan idarə etdiyi üçün Əlimusa İsmayılov Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı onun avtomobili hüquqsuz idarə etməsi, habelə saxlanılan avtomobilin üzərində əvvəllər törədilmiş yol hərəkəti qayda pozuntularına görə 1678 manat məbləğində ödənilməmiş cərimə borcunun olması aşkar edilib.
Bununla yanaşı təəssüf hissi ilə qeyd edilməlidir ki, sürücülük hüququ olmayan Əlimusa İsmayılov 5 ay bundan əvvəl bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində görülən qanunamüvafiq tədbirlərdən düzgün nəticə çıxarmamış, eyni əməllərə yol verməklə özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmaqdan çəkinməmişdir.
Bir daha bütün yol hərəkəti iştirakçılarından yol hərəkəti qaydalarına ciddi riayət etmələrini xahiş edir, insanların həyat və sağlamlıqlarını təhlükəyə atacaq əməllərdən çəkinməyi onların diqqətlərini çatdırırıq.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















