Məhkəmə sərxoş tutulan sürücüyə bəraət verdi - DYP rəisi şikayəti etdi

Məhkəmə Dövlət Yol Polisinin vətəndaş Ayaz Əliyevə içkili avtomobil idarə etmə ilə bağlı yazdığı inzibati protokolu ləğv edib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, qərarı Xətai Rayon Məhkəməsinin hakimi Cavid Hüseyn verib. Qərara əsasən Əliyev Ayaz Nəsrəddin oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığına görə inzibati icraata xitam verilib.
Xərai Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarından Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov apellyasiya şikayəti verib. Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun icraatındadır.
Qeyd edək ki, İXM-nin 333.1 maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Bu əmələ görə, dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərə tutulub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












