Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq qəza riskini ciddi şəkildə artırır - DYP

Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək qəza riskini ciddi şəkildə artırır.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftə sonu səyahətə çıxan sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır:
"Nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə yol qəzalarının baş verməsinə səbəb olur. Həftəsonu istirahətinin təhlükəsiz keçməsi hər bir sürücünün yolda nümayiş etdirdiyi məsuliyyətli davranışdan asılıdır. Səfərə çıxmağı planlaşdıran sürücülərə bir daha xatırladırıq ki, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydasını pozmaq qəza riskini ciddi şəkildə artırır"
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirib 258 gənci işə götürdü - VİDEO
Yolu qadağan edilmiş yerdən keçmək həyatınıza təhlükə yaradır – DYP-dən ÇAĞIRIŞ - VİDEO
Yol polisi hansı sürücülərə güzəşt edə bilər? - AÇIQLAMA - VİDEO
DYP piyadalar üçün maarifləndirmə tədbiri keçirdi - VİDEO
Bölgələrdən qayıdanlara çağırış - “Tələsməyin!” - FOTO
Vətəndaş işıqforun tələbinə əməl etdiyi halda niyə cərimələnib? - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yol polisi tətildən qayıdan sürücülərə MÜRACİƏT ETDİ
Sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Bakı-Quba yolunda diqqətli olun: Yol polisi iş başındadır - VİDEO
Yol polisləri yağışda xidməti bu cür davam etdirirdi - Real görüntülər - VİDEO
Yağışlı hava şəraiti: polis küçələrdə nəzarəti artırdı - FOTO - VİDEO










