Nazir Xaçmazda – Polis Şöbəsinin yeni binası istifadəyə verildi - FOTO

Xaçmaz şəhərində Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. Avtosfer.az xəbər verir ki, tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib. Məlumat verilib ki, tikintisinə ötən ilin oktyabrında başlanılmış 4 mərtəbəli inzibati bina ən müasir standartlara uyğun inşa edilib, bütün zəruri avadanlıq, kommunikaslyalar və texniki qurğularla, mebel və inventarla təmin olunub.
Binada vetilyasiya, mərkəzi istilik sistemi, qazanxana və rabitə-komunikasiya xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb, şöbənin həyətində polis əməkdaşları üçün yeni yeməkxana tikilərək istifadəyə verilib. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
General-polkovnik Vilayət Eyvazov və tədbirdə iştirak edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev növbətçi hissəyə, xidməti otaqlara və digər yardımçı sahələrə baxıblar, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar. DİN rəhbəri görülən işləri yüksək qiymətləndirib, Xaçmaz polisinin fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.
Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarkıqla qətiyyətli mübarizədə, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan hüquq və azadlıqlarının təminində müstəsna rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunu, şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır.
Daxili İşlər naziri əmin olduğunu bildirib ki, Xaçmaz RPŞ-nin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək.
Elmin
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI













