Nəsimi DYP Bakını bir-birinə qatan "avtoş"u tutdu: 15 gün həbs - VİDEO

Paytaxtın müxtəlif yerlərində, xüsusilə də Nəsimi rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Nəsimi DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Qara Abdullayev tərəfindən aşkar edilən faktlar nəticəsində araşdırma aparılıb və sürücü DYP əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar nəticəsində 90-BA-046 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobilin sürücüsü Süleymanov Əbülfəz Eldar oğlunun müxtəlif vaxtlarda avtomobilin dövlət nömrə nişanlarını çıxararaq təhlükəli manevrlər etməsi müəyyən olunub. Xüsusilə Nəsimi rayonu Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Salamzadə küçələrində avtoxuliqanlıq edən şəxsin avtomobildə konstruksiya dəyişiklikləri etdiyi də müəyyən olunub.
Müxtəlif vaxtlarda ciddi qayda pozuntuları edərək videoya çəkib sosial şəbəkələrdə paylaşan şəxs barəsində toplanmış materiallar aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs olunub.
Fərid
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












